SON XƏBƏRLƏR

“İsrailə qarşı əməliyyatlar əmrini İran verir.”- İsrail mediyası

2023.08.23, 14:32
“İsrailə qarşı əməliyyatlar əmrini İran verir.”- İsrail mediyası

“İsrail və israillilərə qarşı fələstinlilər tərəfindən əməliyyatların keçirilməsi əmrini İran və Həmas hərəkatı verir.”- bunu İsrailin Kanal-12 televiziyası bildirib

Gunaz.tv

“İran və Həmas hərəkatı əmliyyat icraçılarına ordunun üzvləri və mikrorayonlarda məskunlaşan israillilərə həmlə əmrini verirlər.

İsrailin dövlət kabineti dünənki (avqustun 22) toplantısında bu əmliyyat icraçılarına həmlə əmri verənləri hədəfə alma qərarı çıxarılıb.” -deyərək Kanalın hərbi jurnalisti Nir Defori həmin xəbər barədə əlavə edib.

Qeyd edək ki, avqustun 22-də Cəbəl Əl-Xəlil bölgəsinin cənubunda atəş açmaqla keçirilmiş terror əməliyyatında bir israilli qadın öldürülüb, digəri isə yaralanıb.

Benyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalant terror əməliyyatı yerinə baxış keçiriblər. Onlar bu olayların əmrini xarici yönəldicilər tərəfindən verildiyini bildiriblər. 

Onlar həmçinin bu terror aktlarına göstəriş verənlərin və icraçılarının cavabdeh ediləcəklərini qeyd ediblər. 

Xatırladaq ki, Cəbəl Əl-Xəlil bölgəsində keçirlmiş terror aktının məsuliyyətini Fəth Hərəkatına bağlı Əl-Əqasa Şəhidləri Qvardiyası üzərinə götürüb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar