SON XƏBƏRLƏR

Pentaqon Rusiyada İran PUA-larının quraşdırılmasına qarşı çıxb

2023.08.24, 12:32
Pentaqon Rusiyada İran PUA-larının quraşdırılmasına qarşı çıxb

Pentaqon rəsmisi avqustun 23-də keçirdiyi xəbərtoplantıda İranın PUA-larının Rusiyada istehsalına mövqe bildirib.

Gunaz.tv

“Biz 2023-cü ilin İyun ayından Rusiya və İranın hərbi əməkdaşlığının gündən günə artdığını və bununla da bu ölkənin Ukraynaya qarşı vəhşicəsinə müahribəsinin davam etdirə bilməsi barədə xəbərdarlıq etmişdik.”-deyə pentaqon rəsmisi Geren Qaren bildirib. 

“Rusiyanın İranla hərbi əməkdaşlığı daha da artır. Bu iki ölkənin müdafiə ortaqlığı Ukrayna, İranın qonşuları və beynəlxalq icma üçün ziyanvericidir. Rusiya İran PUA-larının ölkə daxilində istehsalı üçün İranla əməkdaşlıq edir və PUA istehsalı zavodunun Rusiyada tikilməsi barədə məlumatımız var. 

Amerika sərəncamında olduğu bütün imkanlardan bu fəaliyyətlərin ifşası və pozulması üçün istifadə edəcək. Biz Rusiyanın ardıcıl aqresiyaları qarşısında müstəqil sərhədlərini qoruyan Ukraynanı müdafiə etməyi davam etdirəcəyik.” -deyə Geren Qaren qeyd edib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar