SON XƏBƏRLƏR

İranda Krım-Konqo qızdırmasına yoluxma halları artdı

2023.08.25, 13:13
İranda Krım-Konqo qızdırmasına yoluxma halları artdı

İranda 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub və onlardan 3-ü həyatını itirib.

Gunaz.tv

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Təhlükəli xəstəliyə yoluxanlardan 9-u ərdəbil əyalətindəndir.

Ərdəbil Tibb  Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə xəstəliklə bağlı xəbərdarlıq edib.
 
"Krım Konqo qızdırması olduqca öldürücüdür və onun yayılma, yoluxdurma gücü digər xəstəliklərdən, hətta Koronadan da yüksəkdir",- o bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar