SON XƏBƏRLƏR

İranda mübarizə qrupu keçirdiyi əməliyyatının məsuliyyətini üzərinə götürüb

2023.08.25, 15:18
İranda mübarizə qrupu keçirdiyi əməliyyatının məsuliyyətini üzərinə götürüb

Sistan və Bəluçistan Əyalətinin silahlı mübarizə qrupu keçirdiyi əməliyyatının məsuliyyətini üzərinə götürüb.

Gunaz.tv

Bəluç xalqının hüqquları üzrə silahlı mübarizə aparan Ceyş Əl-Zülm Qrupu bu əyalətdə İranın polis qüvvələrinə qarşı keçirdiyi silahlı əməliyyatının məsuliyyətini üzərinə götürüb.

Qrup bu barədə öz Teleqram Kanalında bəyanat yayaraq bildirib.

Xatırladaq ki, dünən həmin qrup avqustun 24-ü əyalətin Sib və Suran rayonu Polis Bölməsinin patrul xidmətinə qarşı əməliyyat keçirib. Nəticədə 2 polis qüvvəsi yaralanıb. Xəstəxanaya çatdırılandan sonra onların biri ağır xəsarət aldığına görə ölüb. 

Qeyd edək ki, İran hakimiyyətinin xalqa, xüsusilə də qeyr fars xalqlara qarşı insan haqlarına zidd siyasətləri nəticəsində mübarizə daha da aqresiv xarakter alır. 

Həmin etnik xalqların mübarizləri hüquqlarının müdafiəsi məqsədi ilə Sistan və Bəluçistan Əyaləti, o cümlədən Əl-Əhvaz (Xozistan) Əyalətində silahlı birləşmələr formalaşdırır.
 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar