SON XƏBƏRLƏR

“İranın nüvə silahına çatmayacağını zəmanət edirik” - Amerika

2023.08.25, 16:10
“İranın nüvə silahına çatmayacağını zəmanət edirik” - Amerika

“Vaşinqtonun Orta Şərq bölgəsini buraxacağı ağlıma belə gəlməz.” bunu Amerika Ordusunun Ortaq Komandanlıq Qərargahının sədri Mark Milley İordoniyaya səfərində deyib.

Gunaz.tv

“Orta Şərq bölgəsi ABŞ üçün çox önəmlidir. Ona görə də Vaşinqtonun Orta Şərq bölgəsindən vaz keçəcəyi ağlıma belə gəlməz. İŞİD-in xilafətinin məhv olduğuna baxmayaraq özü və ideologiyası hələ ölməyib. 

Onun bir sıra terroristləri Suriyanın çöllüklərindən tutmuş İraqın sərhədlərinədək sülənir. Bu isə İordoniya üçün hədədir.”-deyə general Milley İordoniyanın Əl-Məmləkə Kanalı ilə müsahibəsi zamanı bildirib. 

General İranın nüvə silahına çatma fəaliyyətləri barədə sualı da cavablandırıb: “Amerika İranın nüvə silahına çatmayacağı barədə öhdəliyi var və bunu zəmanət edirik.”.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar