SON XƏBƏRLƏR

Co Bayden Vyetnama səfər edəcək

2023.08.29, 10:13
Co Bayden Vyetnama səfər edəcək

ABŞ prezidenti Co Bayden gələn həftənin sonunda Vyetnama səfər edəcək. Səfər zamanı ikitərəfli əməkdaşlıq haqqında danışıqlar aparılacaq. Bu barədə Ağ Ev məlumat yayıb.

Gunaz.tv

“Prezident Co Bayden sentyabrın 10-da Vyetnamın paytaxtı Hanoy şəhərinə səfər edəcək. O, Hanoyda ABŞ və Vyetnam arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etmək üçün baş katib Nquyen Phu Trong və digər yüksək səviyyəli liderlərlə görüşəcək”, - deyə məlumatda bildirilir.

Məlumatda, həmçinin qeyd olunur ki, liderlər regionda sülh, firavanlıq və sabitlik mövzusunu da müzakirə edəcəklər.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar