SON XƏBƏRLƏR

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sualalrına məhəl qoymur

2023.08.29, 12:04
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sualalrına məhəl qoymur

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin sədri Rafael Qrosi agentliyin suallarının İranın tərəfindən cavablandırılmadığını bildirib.

Gunaz.tv

“ İranın nüvə proqramı barədə işlərin yaxşı getdiyini deyə bilmək mərhələsinə hələ çatmamışıq. Tərəflər (İran, Amerika və Avropa ölklələri) İranın nüvə proqramı barədə Nüvə Sazişinin çürüdüyünü deməsələr də,  artıq bu sazişdən quru bir qabıq qalıb. 

İranın nüvə fəaliyyəti nigarançılıq doğurur. İran hələ də uranı 60 faiz zənginləşdirir. Yanvar ayında götürdüyümüz nümunələrdə hətta 84 faiz zənginləşdirmə müşahidə etmişik. Hərbi istifadə faizi isə 90 faiz zənginləşdirmədir. 

İran bir neçə nüvə bombası üçün yetərli uran yığıb. Lakin bu, nüvə silahına malik olmaq anlamına gəlməz. İran hələ də Agentliyin suallarına aydınlıq gətirməyib. 

Bu isə nigaranılıq doğuran bir məsələdir.”-deyə Qrosi İsveçin Beynəlxalq Əlaqələr Müəssisəsində çıxışı zamanı qeyd edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar