Hesabatda qeyd olunub ki, sözügedən məktublarda Ermənistan hərbçilərinin əsir-girov götürdüyü 54 Azərbaycan vətəndaşına Ermənistanda və Azərbaycanın bu ölkənin işğal etdiyi Qarabağ ərazisində, saxlanıldıqları yerlərdə BQXK tərəfindən baş çəkilib.
Onlar bu qurumun rəsmi qeydiyyatına alınıblar.
"Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfər də daha sonradan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirillib.
Onlardan, sadəcə, 17 nəfərinin nəşi qaytarılıb.
6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə, ümumiyyətlə, məlumat verilməyib.
Bu isə ciddi insan hüquqları pozuntusudur", - hesabatda vurğulanıb.