SON XƏBƏRLƏR

Rusiya və Türkiyə arasında sazişlər imzalana bilər

2023.08.30, 11:49
Rusiya və Türkiyə arasında sazişlər imzalana bilər

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə planlaşdırılan danışıqlardan sonra bir neçə saziş imzalana bilər. Bu barədə TASS-a Ankaradakı mənbə məlumat verib.

Gunaz.tv

"Ehtimal var ki, Türkiyə və Rusiya liderləri arasında aparılan danışıqlardan sonra Soçidə bir sıra sazişlər imzalaya bilər.

Sözsüz ki, bu, iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verə bilər. Lakin hər şey ikitərəfli danışıqların nəticələrindən asılı olacaq”, - deyə mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyədəki diplomatik mənbə TASS-a Putinlə Ərdoğan arasında görüşün sentyabrın 4-ü Soçidə planlaşdırıldığını bildirmişdi.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar