SON XƏBƏRLƏR

Hakan Fidan Rusiyaya səfər edəcək

2023.08.30, 13:36
Hakan Fidan  Rusiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Rusiyaya işgüzar səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Gunaz.tv

Onun sözlərinə görə, Türkiyə XİN başçısının işgüzar səfərinin məqsədi rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmaqdır.

Onlar  Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz daxil olmaqla, regional məsələləri müzakirə edəcəklər: “Nazirlər strateji sahə olan energetika sferası daxil olmaqla,  Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının vəziyyətini təhlil edəcəklər. Eləcə də,  nazirlər ali və yüksək səviyyədə ikitərəfli təmasların qrafikini işləyib hazırlayacaqlar”.

Zaxarova qeyd edib ki, Lavrov və Fidan danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı da keçirəcəklər.

Səfər barədə Türkiyə XİN də məlumat yayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar