SON XƏBƏRLƏR

Böyük Britaniyanın müdafiə naziri istefa verib

2023.08.31, 11:31
Böyük Britaniyanın müdafiə naziri istefa verib

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib. Britaniyalı nazir bu barədə "Twitter" hesabında bildirib.

Gunaz.tv

O, fikirlərini belə ifadə edib: "Bu böyük millətə xidmət etmək şərəf idi". 

Qeyd edək ki, müdafiə naziri istefası ilə bağlı Baş nazir Rişi Sunaka məktub ünvanlayıb.

 Baş nazir Sunak ona cavab məktubunda Uollesin istefasını təsdiqlədiyini bəyan edib.

 Rişi Sunak bu gün Krallığın yeni müdafiə nazirini təyin edəcək.
Bu barədə “The Financial Times” (FT) nəşri yazıb.
Qeyd olunub ki, namizədlər sırasında Enerji Təhlükəsizliyi katibi Qrant Şapps və sabiq müdafiə naziri Liam Foks var.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar