“Xankəndidə yaşayan mülki erməni vətəndaşların nümayəndələri ilə əlaqə saxlanmışdı. Dialoq üçün Yevlaxda görüş planlaşdırıldığı halda ermənilər süni humanitar böhran görüntüsü yaratmağa çalışıbdılar və beynəlxalq aləmi də aldatmaq üçün səylər göstərildi”. Bunu diplomatik korpus nümayəndələri ilə Ağdam-Xankəndi yoluna səfər etmiş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.