SON XƏBƏRLƏR

"Sizin edam sayınız bizim məhbuslarımzın sayından artıqdır"- Taliban rəsmisi İranı lağa qoyub

2023.08.31, 15:40
"Sizin edam sayınız bizim məhbuslarımzın sayından artıqdır"- Taliban rəsmisi İranı lağa qoyub

Əfqanıstanın Taliban rejiminin xarici işlər naziri Əmirxan Müttəqi Əfqanıstanda demokratik hökumətin olmadığını tənqid edən İranı lağa qoyub.

Gunaz.tv

“Sizin özünüzdə demokratik hökumət varmı? Sizin edam etdiklərinizin sayı bizim həbsxanalarımızdakı məhbusların sayından daha çoxdur. Ölkənizdə minlərlə nəfər yoxa çıxıb. 

Lakin kimsə onlar barədə qorxudan sizə sual verməyə cəsarət etmir”-deyə Müttəqi İranı lağa qoyub.

Nazir bu sözlərində İranın adını birbaşa çəkməyib. Lakin İran öz müxaliflərini oğurlayıb öldürən və saxlanılanları həbsxanalarda edam edən ölkələr sırasındadır. 

İran bu hallara paradoks olaraq Əfqanıstanda demokratik hökumətin olmadığını tənqid edib.

Taymaz


 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar