SON XƏBƏRLƏR

İranda daha iki müəllim işdən qovuldu

2023.09.01, 13:36
İranda daha iki müəllim işdən qovuldu

İranda dünyəvi görüşlərinə görə müəllimlərə təzyiqlərin davamında Tehranın İncəsənət Universitetinin iki müəllimi də işdən qovulub.

Gunaz.tv

Bu barədə İran Müəllimləri Həmkarlar İttifaqının Koordinasiya Şurası məlumat yayıb.

Bildirilib ki, Nəzəri Elmlər və Ali Tədqiqatlar fakültəsinin professoru  Əmir Mazyar və İncəsənət Universitetinin fəlsəfə kafedrasının professoru Məsud Olya müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdikləri üçün cəzalandırılıblar.

Qeyd edək ki, müəllimlərin işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi 2800 müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar