SON XƏBƏRLƏR

“İran dəhşətli tarixçəsi ilə BMT-nin insan haqları sistemində yer almamalıdır.”- Amerika

2023.09.02, 12:17
“İran dəhşətli tarixçəsi ilə BMT-nin insan haqları sistemində yer almamalıdır.”- Amerika

BMT-nin İnsan Haqları Şurasında Amerikanın daimi təmsilçisi Mişel Taylor İranda etiraz hərəkatının ildönümünə toxunaraq İranın BMT-də hər hansı rəsmi yer almasına qarşı çıxıb.

Gunaz.tv

“İran insan haqları üzrə dəhşətli tarixçəsi ilə BMT-nin insan haqları sistemində yer almağa alyiq deyil. Artıq cavabdeh olması vaxtı çatıb.”-deyə Taylor bəyanatlnda bildirib.

“İran və rəsmiləri insan haqlarını pozmada dəhşətli tarixçəyə malik olmaqla və İnsan Haqları Beynəlxalq Deklarasiyasına tamamilə laqeydliklə BMT-nin bu sahədə hər hansı qurumunda yer tutmasına ləyaqətli namzəd deyil.” Amerikanın nümayəndəsi əlavə edib.

Taylor həmçinin "X" sosial şəbəkəsində deyib: “Çoxlu sayda şücaətli iranlıların saxlanılması İranın insan haqları və söz azadlığına laqeyd yanaşdığına digər bir nümunədir.”

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar