SON XƏBƏRLƏR

ABŞ qırıcıları Suriyada İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirib

2023.09.02, 15:53
ABŞ qırıcıları Suriyada İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirib

Amerika qırıcıları Suriyanın şərqində İranın dəstəklədiyi qruplaşmalara hava zərbələri endirib.

Gunaz.tv

Hava zərbələrinin ərəb qəbilələri ilə PKK/YPG terror qruplaşmasının üzvləri arasında qarşıdurmaların davam etdiyi əz-Zor əyalətində həyata keçirildiyi qeyd edilib.

Əməliyyat çərçivəsində qruplaşmalara məxsus 2 hərbi avtomobil məhv edilib.

Hücum nəticəsində ölən və yaralananların olduğu, ancaq hələlik onların sayının müəyyənləşdirilə bilmədiyi bildirilib.

Deyr əz-Zor əyalətinin mərkəzi və qərbi 2017-ci ilin noyabrında İŞİD terror qruplaşmasının ölkədən çıxmasından sonra Əsəd rejiminin əlinə keçib.

Sünni ərəblərin yaşadığı Deyr əz-Zorda yerləşən İran, İraq, Livan, Əfqan və Pakistan silahlılarına İran İnqilab Keşikçiləri Korpusu rəhbərlik edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar