SON XƏBƏRLƏR

Türkiyə və Rusiya Prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

2023.09.04, 11:05
Türkiyə və Rusiya Prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayacaq. Bu barədə “Milliyet” nəşri öz mənbələrinə istinadən yazıb.

Gunaz.tv

Nəşrin yazdığına  görə, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə (“Taxıl sazişi”) qayıtması mümkündür.

Qəzet həmçinin əlavə edib ki, Ərdoğan həm dünya ərzaq təhlükəsizliyi, həm də Qara dənizdə sabitlik və sülh üçün “taxıl sazişi”nin aktivləşdirilməsinin vacibliyini vurğulayacaq.

Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin görüşü bu gün Soçidə baş tutacaq.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar