SON XƏBƏRLƏR

Rumıniya Rusiya dronlarının ölkə ərazisinə düşməsi ilə bağlı xəbərləri təkzib edib

2023.09.04, 14:00
Rumıniya  Rusiya dronlarının ölkə ərazisinə düşməsi ilə bağlı xəbərləri təkzib edib

Rumıniya Müdafiə Nazirliyi ötən gecə Rusiya pilotsuz uçuş aparatlarının (PUA) ölkə ərazisinə düşməsi ilə bağlı xəbərləri təkzib edib. Bu barədə nazirliyin mətbuat xidmətinin bəyanatında deyilir.

Gunaz.tv

Bəyanatda qeyd edilib ki, Rumıniya Müdafiə Nazirliyi Rusiya ordusunun Ukrayna ərazilərinə hücumunu pisləyir.

Bildirilib ki, Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunan hücum vasitələri heç zaman Rumıniyanın ərazisinə və ya ərazi sularına təhdidlər yaratmayıb.

Qeyd edək ki, Ukrayna XİN-in bəyanatına əsasən, ölkənin Dövlət Sərhəd Xidməti İzmail limanının yerləşdiyi əraziyə Rusiyanın bu gecə kütləvi hücum etdiyini və bu zaman Rumıniya ərazisinə rus dronlarının düşərək partladığını bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar