SON XƏBƏRLƏR

İki SEPAH zabiti öldürülüb

2023.09.04, 15:43
İki SEPAH zabiti öldürülüb

SEPAH-ın Suriyadakı Bəşər Əsəd müxaliflərinə qarşı döyüşən zabitlərindən olan Yəhya Rüstəmi öldürülüb.

Gunaz.tv

Bu barədə SEPAH-ın bəyanatında bildirilib. Onun hansı şəraitdə öldürülməsi barədə açıqlama verilməyib.

Zabitin İsrail ordusunun hava zərbələri nəticəsində həlak olduğu ehtimal edilir.

Bununla yanaşı, Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində də SEPAH komandirlərindən olan Hüseyn Şəhrəki güllələnərək öldürülüb.

Bəluçların silahlı təşkilatı "Ənsar əl-Furqan" SEPAH komandirinin öldürülməsinin məsuliyyətini öz üzərinə götürüb.

Hüseyn Şəhrəkinin Suriyada Bəşər Əsədə müxalif qüvvələrə qarşı əməliyyatlarda iştirak etdiyi bildirilib.

SEPAH məsələ ilə bağlı yaydığı bəyanatda xəbərin "ictimai rəyi çaşdırmaq və təhrik etmək" məqsədilə yayıldığını iddia edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar