SON XƏBƏRLƏR

İranda tənqidi materiala görə media orqanı bağlandı

2023.09.05, 12:36
İranda tənqidi materiala görə media orqanı bağlandı

İranın məşhur "İntixab" xəbər saytının fəaliyyətinə qadağa qoyulub.

Gunaz.tv

Bildirilib ki, sayt İranın xarici siyasətinin zəifliyi, milli valyutanın dəyərdən düşməsi ilə bağlı material yaydıqdan sonra media haqqında qanunu pozmaq ittihamı ilə qapadılıb.

İran Prezidenti İbrahim Rəisi bir neçə gün əvvəl media barədə çıxış edib.

O, mediaya nəzarətin gücləndirilməsini, vətəndaşlarda məyusluq və ümidsizlik aşılayan media orqanlarına qarşı tərdbirlər görülməsini tələb edib.

Qeyd edək ki, "İntixab" saytı keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani və Həsən Ruhani cərəyanına meyilli media orqanıdır.

İran media azadlığı baxımından dünyanın ən pis ölkələrindən biridir və Sərhədsiz Reportyorlar təşkilatının mətbuat azadlığı reytinqində həmişə sonuncu yerlərdən birini tutub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar