SON XƏBƏRLƏR

Şoyqu: “Ukraynanın əks-hücum əməliyyatları müharibənin uzanmasına xidmət edir”

2023.09.05, 14:13
Şoyqu: “Ukraynanın əks-hücum əməliyyatları müharibənin uzanmasına xidmət edir”

“Ukraynanın davam edən əks-hücum əməliyyatları yalnız müharibənin uzanmasına xidmət edir”. Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirdiyi xidməti müşavirədə deyib.

Gunaz.tv

Onun sözlərinə görə, Ukrayna artıq üçüncü aydır əks-hücum əməiyyatları keçirməyə çalışır: “Amma heç bir istiqamətdə məqsədinə nail ola bilməyib. Əksinə, Ukrayna ciddi itkilər verir”.

Şoyqu bildirib ki, Ukrayna Qərb dairələrində müəyyən uğur qazandığına dair təəssürat yaratmağa çalışır: “Hazırda ən gərgin vəziyyət Zaporojye vilayətindədir”.

Qeyd edək ki, Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatı keçirir. Məlumata görə, Ukrayna ordusu Zaporojyedə Rusiyanın əsas müdafiə xəttini yarıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar