SON XƏBƏRLƏR

Rusiya Odessaya İran istehsalı olan dronlarla hücum edib

2023.09.06, 10:51
Rusiya Odessaya İran istehsalı olan dronlarla hücum edib

Rusiya silahlı qüvvələri sentyabrın 6-da gecə saatlarında Odessa vilayətinə İran istehsalı olan “Şahed” tipli kamikadze dronları ilə hücum edib.

Gunaz.tv

Bu barədə Odessa vilayətinin Hərbi Administrasiyası məlumat yayıb.

Onun sözlərinə görə, hücum təxminən üç saat davam edib və ən çox ziyan Odessa vilayətinin İzmail rayonuna dəyib: "Təəssüf ki, bir nəfər həlak olub. Ağır yaralanan kənd təsərrüfatı müəssisəsinin əməkdaşı xəstəxanada ölüb".

Rayonun bir neçə yaşayış məntəqəsində dağıntılar və yanğınlar qeydə alınıb.

Liman və kənd təsərrüfatı infrastrukturu obyektlərinə də ziyan dəyib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar