O diqqətə çatdırıb ki, irqi ayrı-seçkiliyin bütün formalarının tam ləğvi haqqında Beynəlxalq Konvensiyaya əsasən, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistana qarşı çox ciddi plan ortaya qoyub.
Hikmət Hacıyev etnik nifrət və Azərbaycanafobiya ilə bağlı bir çox nümunələr göstərə biləcəyini vurğulayıb: “Faktlar öz sözünü deyir.
Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün mədəni, dini və hətta bəşəri irsinin bütün elementlərini məhv edib.
Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatının tələsinə düşməsindən təəssüflənirəm"-deyə Hikmət Hacıyev müsahibəsində bildirib.