SON XƏBƏRLƏR

İran dövləti ölkədə dərman qıtlığı olduğu halda Ərbəin mərasiminə iri büdcə xərcləyir

2023.09.06, 14:02
İran dövləti ölkədə dərman qıtlığı olduğu halda  Ərbəin mərasiminə iri büdcə xərcləyir

İran hakimiyyəti xalqa çox vacib olan dərman təminatı üçün büdcə çatışmazlığına tuş gəldiyi bir halda, İraqda Ərbəin mərasiminin keçirilməsinə böyük həcmdə valyuta ayırıb.

Gunaz.tv

İranın Mərkəzi Bankının bildirdiyinə əsasən avqustun 16-dan sentyabrın 4-dək İraqda  keçirlmiş Ərbəin mərasimi üçün 1 milyon 80 min nəfərə valyuta ödənilib.

Hər 1 nəfərə 65 milyon rial bərabərliyində dollar verildiyini nəzərə alaraq,  İran dövləti Ərbəin karnavalına cəmi 7 trilyon tümən  valyuta ayırıb. 

Dövlətin rəsmi bildirməsinə əsasən dərman təmini üçün büdcədə 36 trilyon tümən çatışmazlıq var. Lakin belə bir vəziyyətdə həmin iri məbləğ dövlət tərəfindən hələ ancaq bircə dini mərasimin keçirilməsinə ayırılıb.

Xatırladaq ki, İranın Monitorinq (Didban) İnternet Səhifəsi Ərbəin mərasiminə hökumətin iri vəsait xərclədiyini bildirib. 

Hesablamalara əsasən qeyd olunub ki, belə məbləğlərlə xalqın gündəmdə olan xeyli problemlərini, o cümlədən dərman qıtlığını və mənzil çatışmazlığını həll etmək mümkündür. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar