SON XƏBƏRLƏR

“İranda məktəbtikmə intervalı artıb”- iranlı sosioloq

2023.09.06, 16:14
“İranda məktəbtikmə intervalı artıb”- iranlı sosioloq

İranlı sosioloq Rza Ümidi İranda təhsili buraxma amillərinə toxunaraq məktəbtikmə intervalının artdığını səbəblərdən biri kimi qeyd edib.

Gunaz.tv

“Ötən 10 ildə hər il orta hesabla 250-400 min nəfər təhsili buraxıb. Həmçinin ötən 8 il ərzində İranda yoxsulluq iki dəfə artıb. 

Hal hazırda yoxsulluq təhsili buraxma, təhsildən qalma və sinifdə iştirakın azalmasına ən böyük səbəbdir. 

Yoxsulluğa görə ailələrin uşaqları işləməli olur.  Bu proses davam etdikcə təhsil buraxma faizi artır. 

Digər önəmli səbəb təhsil üçün yetərincə məktəbin olmadığıdır.”-deyə Ümidi qeyd edib.

“Dövlətin məktəbtikmə siyasətində önəmli səhvlərə yol verilib. Belə ki, dövlət məktəb tikməkdən boyun qaçırır. 

Bu, dövlətin işi olsa da, 2017-ci ildən buyana məktəb tikmək xeyriyyəçilərin ümidinə buraxılıb. Ona görə də İranda məktəbtikmə intervalı artıb. 

Səbəb isə dövlət resurslarının bu ehtiyacı qarşılaya bilmədiyidir. 10 ildən az bir müddətdə məktəb tikmək üçün lazım olan xərc təxminən 10 qat artıb. Lakin büdcə artırılmayıb.”-deyə sosioloq vurğulayıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar