SON XƏBƏRLƏR

Prezident türk dövlətlərinin nazirlərini qəbul edib

2023.09.07, 10:31
Prezident türk dövlətlərinin nazirlərini qəbul edib

Prezident İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Gunaz.tv

Məlumatda bildirilir ki, Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar