SON XƏBƏRLƏR

İranda neft kondensatı emalı zavodunda yanğın olub 

2023.09.07, 14:16
İranda neft kondensatı emalı zavodunda yanğın olub 

Sentyabrın 7-i səhər saatlarında İranın Mərkəzi əyalətinin Aştiyan sənaye şəhərciyində yerləşən neft emalı zavodunda güclü yanğın baş verib. 

Gunaz.tv

Bu barədə İranın “Təsnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə sözügedən sənaye şəhərciyində yerləşən neft və karbohidrogen kondensatı emalı qurğusunun iki yüngül çəninin yanması nəticəndə meydana gəlib. 

Yanğının miqyasının geniş olduğu və hadisə yerinə 12 yanğınsöndürmə qrupunun cəlb olunduğu qeyd ediılib.

Hadisə nəticəsində insan tələfatının olmadığı bildirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar