“Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir. Beynəlxalq ictimaiyyət öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalına göz yumub”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən “Türk dünyasının yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfransda deyib.