SON XƏBƏRLƏR

İsrailin kəşfiyyat naziri: "Tezliklə İranda hakimiyyət dəyişəcək"

2023.09.07, 16:12
İsrailin kəşfiyyat naziri: "Tezliklə İranda hakimiyyət dəyişəcək"

İsrailin kəşfiyyat naziri Gila Qamlieli yaxın gələcəkdə İran hakimiyyətinin xalq tərəfindən devriləcəyini proqnozlaşdırıb.

Gunaz.tv

O, bu barədə Londonda media nümayəndələri ilə görüşündə deyib.

"Hazırkı hakimiyyətin təsəvvür etdiyinzdən daha tez devriləcəyinə ürəkdən inanıram. İran xalqı artıq buna hazırdır və bu dəyişiklik xalqın əli ilə baş tutacaq",- nazir bildirib.

 Gamlieli deyib ki, gələcəkdə İsrail iranlıların ekoloji nproblemləri, su qıtlığı, kənd təsərrüfatı, yeni texnologiya çatışmazlığı, səhiyyə, hava çirkliliyi kimi problemlərinin aradan qaldırılmasına yardım edəcək. 

O, Britaniya parlamentinin üzvləri ilə İslam İnqilabı Keşikçiləri Korpusunun adının terrorçu qruplar siyahısına salınmasının zəruriliyi barədə danışıqlar aparmaq istədiyini deyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar