SON XƏBƏRLƏR

İctimai fəal məcburi hicaba görə şallaq cəzasına məhkum edildi

2023.09.08, 13:25
İctimai fəal məcburi hicaba görə şallaq cəzasına məhkum edildi

Tehranın Ümumi və İnqilab Məhkəməsi ictimai fəal Zeynəb Kazimini 74 şallaq zərbəsinə məhkum edib.

Gunaz.tv

Bu barədə fəalın yaxınları məlumat yayıb.

Kazimi məcburi hicab qaydalarını pozduğuna və sosial mediada hicabsız fotolarını yaydığına görə cəzalandırılıb.

Qeyd edək ki, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiya şallaqvurma kimi ləyaqəti alçaldan cəzaların tətbiqini açıq şəkildə qadağan etsə də, Tehran hökməti bu cəzanı tətbiq etməkdə davam edir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar