SON XƏBƏRLƏR

İrana casusluq edən britaniyalı əsgər axtarışa verilib

2023.09.08, 16:40
İrana casusluq edən britaniyalı əsgər axtarışa verilib

SEPAH-a casusluqda ittiham olunan keçmiş britaniyalı hərbçi Daniel Abid Xəlifə Londonun Uandsvort həbsxanasından qaçıb.

Gunaz.tv

Onun həbsxanadan aşpaz formasında ərzaq avtomobilində gizlənərək qaçdığı bildirilir.

Onun saxlanılması üçün təhlükəsizlik tədbirləri görülüb, fotoları paylanılıb.

Britaniyanın terrorla mübarizə üzrə rəhbəri Dominik Merfi xəbərdarlıq edib ki, 21 yaşlı gənc ölkənin istənilən yerində azadlıqda ola bilər. 

Ədliyyə naziri Aleks Çak məhbusun qaçması ilə bağlı araşdırma başlanacağını deyib.

May ayında ordudan tərxis olunan Xəlifə 2021-ci ildə İngiltərənin mərkəzində yerləşən kazarmada olarkən terror aktı hazırlamaq üçün düşmənə məlumat verməkdə ittiham olunur.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar