SON XƏBƏRLƏR

“Bayden ölkə üçün təhlükə yaradır”

2023.09.09, 11:36
“Bayden ölkə üçün təhlükə yaradır”

“Hazırkı Amerika lideri Co Bayden iki cümlə belə ardıcıl tələffüz edə bilmir və nə etdiyini başa düşmədiyinə görə ölkə üçün təhlükə yaradır”. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.

Gunaz.tv

“O, ölkə tarixində ən pis və ən korrupsioner prezidentdir. Digər dövlətlərin liderlərinin dediyi kimi, mənim dediyim kimi, tamamilə səriştəsizdir. O, çox təhlükəlidir, çünki nə etdiyini bilmir. O, hətta iki cümləni birləşdirib danışmağı bacarmır"- respublikaçı vurğulayıb.

Qeyd edək ki,  Tramp avqust ayında bildirmişdi ki,  Bayden fiziki vəziyyətinin pisləşməsi səbəbindən qarşıdan gələn prezident seçkilərində iştirak edə bilməyəcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar