SON XƏBƏRLƏR

“İran Ukryana müharibəsində Rusiyanı himayə etmədiyi barədə yalan danışır”- Amerika

2023.09.09, 11:49
“İran Ukryana müharibəsində Rusiyanı himayə etmədiyi barədə yalan danışır”- Amerika

“SEPAH-a bağlı Puya (Pouya) Aviasiya Cəmiyyətinin təyyarəsi bir müddət öncə Kırıma uçduğuna sübutlar olduğu bir halda cəmiyyət bu faktı danır.” Bunu Amerikanın İran İşləri üzrə Təmsilçisinin müavini Abram Bili deyib.

Gunaz.tv

“SEPAH-a bağlı Puya Aviyasiya Cəmiyyətinə BMT və Amerika tərəfindən sanksiya tətbiq olunub. Lakin həmin cəmiyyətin təyyarəsinin bir müddət öncə işğal olunmuş Kırıma uçduğuna aydın faktlar bunu sübut etsə də, cəmiyyət inkar edir. 

ABŞ İranın sabitliyi pozan faliyyətlərini və təhlükəli silahların çoxaldılmasına qarşı konvensiyanı pozduğunu ifşa etməyi davam etdirəcək.”-deyə Amerikanın XİN saytının farsca bölməsi bu barədə yazıb.

Qeyd edək ki, Ukraynanın mediyası bir meddət öncə Puya Aviasiya Cəmiyyətinə məxsus İlyuşin İL-76 təyarrəsinin Krım yarımadasında yerləşən Simferopol  Hava Limanından uçaraq Rusya qüvvələrinə hərbi yardım çatdırdığını bildirib. 

Habelə, avia reyslərə beynəlxalq nəzarət qurumu da həmin təyyərənin Simferopol şəhəri Hava Limanından uçduğunu təsdiqləyib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar