SON XƏBƏRLƏR

“Başqa ölkələri suçlandırmaq əvəzinə xalqın səsini eşidin”- Amerika rəsmisi

2023.09.09, 14:09
“Başqa ölkələri suçlandırmaq əvəzinə xalqın səsini eşidin”- Amerika rəsmisi

“İran rəsmilərindən yollarını dəyişdirməyi, İran xalqının sözünü eşitməyi və onlara vəhşicəsinə basqını dayandırmağı istəyirik”- deyə Amerika XİN rəsmi deyib.

Gunaz.tv

Adı açıqlanmayan XIN rəsmisi güya “Sepah”-ın Amerikaya bağlı “araqarışdırıcılar şəbəkəsini” kəşf edib dağıtdığı barədə iddiasına toxunub. 

“İran hakimiyyəti xalqının legitim etirazlarına baxmaq əvəzinə yanlış olan qəsdçilik versiyasını və etirazlara çağırışda digər ölkələri ittiham etməyi davam etdirir.” -deyə Amerika rəsmisi  Amerikanın Səsi Radiosu jurnalistinin həmin iddia barədə sualını cavablandırıb. 

Habelə “ABŞ  mülki əhalini himayə məsədi ilə bütün dünyada demokratiya üzrə hər hansı   planları himayə etməyi davam etdirəcək. Habelə informasiyaya çata bilməyi, insan haqlarının və qanun hakimiyyətinin təbliği və artırılmasını dəstəkləyir.”-deyə XİN rəsmisi qeyd edib.

Vurğulayaq ki, İran hakimiyyəti əhalinin düzgün informasiyaya çatmaq sərbəstliyinin qarşısını almaq məsədi ilə sosial şəbəkələrə, internet səhifələrinə və sair informasiya vasitələrinə kəskin nəzarəti tətbiq edir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar