SON XƏBƏRLƏR

NATO-nun baş katibinin müavini İsrailə 3 günlük səfər edib

2023.09.09, 16:30
NATO-nun baş katibinin müavini İsrailə 3 günlük səfər edib

“ İsraili düşündürən təhlükəsizlik məsələlərini NATO özümüzkü bilir.”- deyə Mirçea Geoana İranın sabitliyi pozma fəaliyyətlərini qınayıb.

Gunaz.tv

Geoana “Əlmonitor” şəbəkəsi ilə müsahibəsində İranın Rusiyaya bağlılığı və bu ölkələrin Şimali Koreaya ilə əməkdaşlıq etdikləri barədə xəbərdarlıq edib.

“İranın sabitliyi pozma fəaliyyətləri barədə İsrailin dərin nigarançılığını tamamilə başa düşürəm. İranın Ukrayan müharibəsində rolu Avropanın, həmçinin Orta Şərqın böyük təhlükəsizlik problemi hesab olunur. 

Həmin ölkənin istehsalı olan minlərlə PUA-nın Ukrayna müahirbəsində mövcudluğu və dağıntıları beynəlxalq qanunların pozulmasıdır.”-deyə baş katibin müavini bildirib.

Mirçea Geoana İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin prezidenti İshaq Hertzoqla görüşüb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar