SON XƏBƏRLƏR

Kənani ermənilərin taleindən nigarandır

2023.09.11, 15:29
Kənani ermənilərin taleindən nigarandır

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan və Ermənistan arasında yaranmış gərginliklə bağlı fikirlərini paylaşıb.

Gunaz.tv

O, bu barədə sentyabrın 11-də yerli və xarici jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında danışıb.

"İran geosiyasətdə və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır. İran hər zaman ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağın və gərginlik yaradan hər hansı tədbirdən qaçmağın vacibliyini vurğulayıb",- Kənani bildirib.

O, Tehranın hər iki tərəfin rəsmiləri ilə təmasda olduğunu və Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu desə də, ermənilərin taleyindən nigəranlığını ifadə edib.

"Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən və təmin edilməlidir",- Nasir Kənani əlavə edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar