SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Xırdalanda yeni məktəb binasının açılışında iştirak edib

2023.09.12, 11:08
Prezident İlham Əliyev Xırdalanda yeni məktəb binasının  açılışında iştirak edib

Prezident İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Gunaz.tv

  Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. 

Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlət başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub.

Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb.

Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir.

Yeni məktəbdə 74 sinif, 6 informatika, 2 məktəbəqədər hazırlıq otağı, STEAM Mərkəzi, 2 idman zalı və müxtəlif fənn kabinetləri,  kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar