SON XƏBƏRLƏR

ABŞ dövlət katibi İranla məhbus mübadiləsi məqsədi ilə sanksiya istisnası çıxarıb

2023.09.12, 11:14
ABŞ dövlət katibi İranla məhbus mübadiləsi məqsədi ilə sanksiya istisnası çıxarıb

Royterz və Asoşeytedpres xəbər agentlikləri müşahidə etdikləri sənədə istinadən İranla məhbus mübadiləsi məqsədi ilə ABŞ dövlət katibi Antoni Bilinkenin sanksiya istisnası sənədi imzaladığını bildirib.

Gunaz.tv

Çıxarılmış sənədə istinadən məhbus mübadiləsi razılaşmasının bir hissəsi olaraq İranın azad edilmiş 6 milyar dollar vəsaitinin Cənubi Koreyadan Qatara köçürülməsi mümkün olacaq.

Sənəddə sanksiyaların ləğv edilməsinin ABŞ-ın milli maraqları istiqamətində olduğu qeyd edilib.

Həmçinin baxılması üçün Amerika Konqresinin komitələrinə göndərilib.

Qeyd edək ki, inzibati prosedura olaraq ABŞ həmin 6 milyar dollara tətbiq etdiyi sanksiyanın götürülməsi üçün istisna sənədi çıxarmalı olub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar