SON XƏBƏRLƏR

"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadəyə mane olan qondarma rejimdir"

2023.09.12, 11:16
"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadəyə mane olan qondarma rejimdir"

"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsində Azərbaycanın razılığının həyata keçirilməsinə mane olan Ermənistanın Qarabağda yaratdığı qondarma rejimdir".

Gunaz.tv

Bunu xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarından eyni zamanda açılması məsələsi ilə bağlı yerli medianın suallarına cavabında deyib.

"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə  Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan Ermənistanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimdir", - XİN rəsmisi qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar