SON XƏBƏRLƏR

"Mart ayında İranla Agentliyin ortaq bayanatı məqsədlərinin icrası üzrə əsla irəliləyiş olmayıb"- Rafel Qrosi

2023.09.12, 11:53
"Mart ayında İranla Agentliyin ortaq bayanatı məqsədlərinin icrası üzrə əsla irəliləyiş olmayıb"- Rafel Qrosi

“Təəssüflə bildirməliyəm ki, cari ilin mart ayında İranla Agentliyin ortaq bayanatı məqsədlərinin icrası üzrə əsla irəliləyiş olmayıb.” Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi Rafel Qrosi deyib.

Gunaz.tv

“Siz qarşınızda “Nüvə Silahlarının Yayılmasına qarşı Konvensiya” barədə İranla razılaşmalar üzrə mənim hesabatımı görürüsüz. 

Təəssüflə bildirməliyəm ki, cari ilin mart ayının 4-də İranla Agentliyin ortaq bayanatı məqsədlərinin icrası üzrə əsla irəliləyiş olmayıb.”-deyə Agentliyin baş katibi Rafel Qrosi Direktorlar Şurasında çıxşının davamında əlavə edib.

“ Razılaşdırılmış protokolların icrasının İran tərəfindən dayandırmasından, habelə Agentliyin İranın nüvə saytlarına və sair məkanlarına baxış imkanının verimədiyindən artıq 2.5 ötür.”-deyə baş katib Şuranın İranın nüvə proqramı barədə  iclasında qeyd edib.

Vurğulayaq ki, Rafael Qrosi sentyabrın 4-ü hər həftə keçirdiyi xəbərtoplantıda İrandan  Agentlik qarşısında götürdüyü öhdəliklərin ciddi və davamlı icra edilməsini, habelə Agentliklə əməkdaşlıq etməsini tələb edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar