SON XƏBƏRLƏR

Avstraliya İrana qarşı yeni sanksiya paketi tətbiq edib

2023.09.13, 12:34
Avstraliya İrana qarşı yeni sanksiya paketi tətbiq edib

Avstraliya İranda qadın azadlığı barədə nümayişlərin ilk ildönümü münasibəti ilə qadınlara basqı səbəbinidən İranın bəzi şəxslərinə və qurumuna sanksiya tətbiq edib.

Gunaz.tv

Sentiyabrın 12-də tətbiq olunmuş sanksiya siyahısında  4 şəxsin və 3 qurumun adı var.

Siyahıda İranın Radio-Televiziya Cəmiyytinin jurnalist əməkdaşları Əli Rzvani və Amənə Sadat Zəbihpurun adları yer alıb. 

Həmçinin İranın İntizam Qüvvələrinin rəisi Vəhid Məcid və sözçüsü Səid Müntəzir Əlmehdi Avstraliya tərəfindən sanksiya siyahısına salınıb.  

Avstraliya bu quruma sanksiya səbəbini “qurum vasitəsi ilə İranda internetin  məhdudlaşdırılması və söz azadlığının qarşısının alınması” olduğunu bildirib.

Habelə İranın Radio-Televiziyası Cəmiyyətinə bağlı Pers TV televiziya kanalına və  “Əbər Arvan” Cəmiyyətinə də sanksiya tətbiq olunub. 

Jurnalistlər Əli Rzvani və Amənə Sadat Zəbihpur siyasi və mədəni aktivistlərə qarşı hesabatların hazırlanıb televiziyada yayımı və onlara qarşı iş açılmağa material hazırlanması səbəbindən sanksiya qoyulub. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar