SON XƏBƏRLƏR

Onlarla tələbə təhlükəsizlik bölməsinə çağırıldı

2023.09.13, 13:19
Onlarla tələbə təhlükəsizlik bölməsinə çağırıldı

İranın "Beheşti" Universitetinin 30 tələbəsi Universitetin təhlükəsizlik bölməsinə çağırılıb.

Gunaz.tv

Bu barədə İranın Tələbə Həmkarlar İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, tələbələrdən 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyalarının ildönümündə yeni aksiyalara qoşulmamaları tələb edilir.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub.

Onların bir çoxuna  "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar