SON XƏBƏRLƏR

Beynəlxalq təşkilat: "İran hökuməti mühakimə olunmalıdır"

2023.09.13, 15:46
Beynəlxalq təşkilat: "İran hökuməti mühakimə olunmalıdır"

Beynəlxalq Əfv Təşkilatı 17 sentyabr 2022-ci il etiraz aksiyalarının ildönümü ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bəyanatda İranda yüzlərlə etirazçının öldürülməsinə və son bir ildə on minlərlə insanın işgəncə edilməsi, zorlanması və həbsinə toxunaraq, beynəlxalq təşkilatlara çağırış edib.

Çağırışda İran rəhbərlərinin toxunulmazlığının aradan qaldırılması, onların cəzasız qalmalarına göz yumulmaması və ədalətin bərpası üçün mühakimə olunmalarına çalışmaq istənilib.

""Qadın, Həyat, Azadlıq” qiyamının ildönümü İran hakimiyyətinin dəhşətli cinayətlərinin araşdırılmasına başlamaq üçün dünya ölkələri üçün vacib bir xatırlatmadır”,- bəyanatda qeyd edilib.

Bəyanatın davamında son bir ildə baş verənlərə rəğmən Tehran hökumətinin "əxlaq polisi" patrollarını artırdığı, narazı müəllim, tələbə və işçilərin işdən qovulması və həbsini daha çox həyata keçirdiyi vurğulanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar