SON XƏBƏRLƏR

Vaşinqton İranın Qətərə köçürülən pullarını bloklaya bilər

2023.09.13, 16:03
Vaşinqton İranın Qətərə köçürülən pullarını bloklaya bilər

Birləşmiş Ştatlar lazım bilsə, İranın Cənubi Koreyada bloklanan və Qətərə köçürülən altı milyard dollarını bir daha bloklamak imkanına malikdir. ABŞ Dövlət departamentinin sözçüsü Metyu Miller jurnalistlərə müsahibəsində belə variantı da istisna etməyib.

Gunaz.tv

“Xəzinədarlıq departamenti bu resursların necə istifadə olunmasına ciddi nəzarət edir.

Biz bu resurslardan necə istifadə olunduğuna diqqət yetiririk və onların istifadəsini izləmək imkanımız var.

Bu vəsaitlərin humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur”, - Miller deyib.

Məhz İran prezidenti İbrahim Rəisinin “NBC” kanalına müsahibəsinin dərcindən bir neçə saat sonra Miller belə açıqlama verib.

Rəisi həmin müsahibədə bu pulun İrana və İran millətinə məxsus olduğuna görə, onun necə və hara xərclənməsi qərarını da məhz Tehranın verəcəyini iddia edib.

Bu isə birmənalı şəkldə Vaşinqtonu qıcıqlandırıb və yəqin ki, başqa cür də ola bilməzdi.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar