SON XƏBƏRLƏR

İranda Azərbaycan səfirliyinə hücumda ittiham olunanların məhkəməsi başlayır

2023.09.13, 16:35
İranda Azərbaycan səfirliyinə hücumda ittiham olunanların məhkəməsi başlayır

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumda təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq başa çatıb və onlara ittiham aktı elan edilib. Bu barədə Tehranın Ümumi və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi bildirib.

Gunaz.tv

Prokuror qeyd edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxslərin cinayət işi kifayət qədər operativ və dəqiqliklə aparılıb.

Əli Salehinin sözlərinə görə, bu işlə bağlı digər şübhəli məqamlar da mövcuddur.

Salehi onu da bildirib ki, iş üzrə iki ölkə arasında məhkəmə əməkdaşlığı prosesin sonuna qədər davam edəcək və təqsirləndirilən şəxslərə ədalətli hökm çıxarılacaq.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

“Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb.

Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar