SON XƏBƏRLƏR

Barselona istiqlal tələbini yenə irəli sürüb

2023.09.13, 16:47
Barselona istiqlal tələbini yenə irəli sürüb

Kataloniya Əyalətinin minlərlə əhalisi Barselona şəhərində milli gün münasibəti ilə nümayişə çıxaraq əyalətə istiqlal tələb ediblər.

Gunaz.tv

Minlərlə kataloniyalı sentyabrın 12-də Barselonanın bütün küçələrində nümayişə çıxıblar.

Həmin gün ispan dili ilə “La Diada” və yaxud Kataloniyanın Milli Günü olaraq şənlik keçirilir.

Katalonlar 6 il durğunluqdan sonra yenə istiqlal tələbi ilə Barselonanın küçələrində nümayiş keçiriblər.

Qeyd edək ki, İspaniyanın partiyalarından heç biri bu ölkənin parlament seçkilərində dövlət təşkil etməyə yetərli səs toplaya bilməyiblər. 

Odur ki, belə bir şəraitdə İspaniyanın hazırkı baş naziri Pedro Sançez Kataloniyanın İstiqlalçı Partiyasının köməkliyi ilə ölkənin icra strukturlarında gücü öz əlində saxlamağı düşünür.  

Xatırladaq ki, Kataloniya İspaniyanın əyalətlərindən biri olmaqla mərkəzi Barselona şəhəridir. 
Əyalət onillərdir istiqlal tələb edir və  “Catalonia Is Not Spain” və ya “Kataloniya İspaniya deyil” səsləndirilən şüarlarından biridir. 

Həmçinin, oxşar məqsəd olaraq güney azərbaycanlılar da “South Azerbaijan İs Not Iran” və ya “Güney Azərbaycan İran deyil” tələbi ilə çıxış edirlər.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar