SON XƏBƏRLƏR

İranda edam sayı kəskin artıb

2023.09.14, 12:29
İranda edam sayı kəskin artıb

İran İnsan Haqları Təşkilatı yaydığı son hesabatında bu ölkədə ötən bir il ərzində 697 nəfərin edam edildiyini bildirib.

Gunaz.tv

Bu, ötən ilin sentyabr ayından bu ilin sentyabr ayına kimi olan müddəti ehtiva edir. 

Təşkilatın hesabatında edam saylarının ondan öncəki dövrlə müqayisədə 36 faiz çoxaldığı qeyd edilib.

"Bu narazı vətəndaşların gözünü qorxutmaq, onların keçirilməsi gözlənilən yeni etiraz aksiyalarından çəkindirmək üçün atılan addımdır",- hesabatda bildirilib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yeri tutur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar