SON XƏBƏRLƏR

İranın Paris 2024 Yay Olimpiya Oyunlarından məhrum edilməsi istənilib

2023.09.14, 12:30
İranın Paris 2024 Yay Olimpiya Oyunlarından məhrum edilməsi istənilib

Bir sıra idmançılar, insan və qadın haqları aktivistləri Beynəlxalq Olimpiya Komtəsinə məktub ünvanlayaraq İranın Paris 2024 Yay Olimpiya Oyunlarından məhrum edilməsini istəyiblər.

Gunaz.tv

Məktub hüquqi işlər üzrə vəkil Fredrik Tiryenin tərəfindən hazırlanıb. İranın boks üzrə keçmiş dünya çempionu Məhyar Münşipur və Nobel mükafatı laureatı iranlı hüquqşünas Şirin İbadi məktubu imzalayanlar sırasındadır.

Fransanın xəbər agentliyinin bildirməsinə görə  Fredrik Tirye bu barədə xəbər toplantısı keçirb.

“Məktub iyul ayında Beynəlxalq Olimpiya Komtəsinə göndərilib. Məktubda idmanın bir insan haqqı olduğunu bildirməklə İran tərəfindən bu barədə Olimpiya Fərmanı prinsiplərinin, o cümlədən idmanda ayrı seçliliyin olmaması prinsipinin pozulduğunu qeyd etmişik.

 İdmanda heç bir etnik. rəng, cinsiyyət, dil, din, siyasi düşüncə və bu kimi ayrı seçkiliklər olmamalıdır.”-deyə hüquqşunaz Tirye bildirib. 

Beynəlxalq Olimpiya Komtəsi Tiryenin məktubuna cavab olaraq deyib: “Arxayın olun, biz İrana ardıcıl nəzarət edirik.”

Məktubda minimum tələb olaraq İranın qadınların iştirakını qadağan etdiyi güləş, boks, üzgüçülük, qayıq yarışı və qadınlara qadağan olunan sair idmanlardan məhrum edlməsi istənilib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar