SON XƏBƏRLƏR

İranla Amerika məhbus mübadiləsini həyata keçirəcəklər

2023.09.14, 13:52
İranla Amerika  məhbus mübadiləsini həyata keçirəcəklər

Blumberq kanalı məlumatlı şəxslərə istinadən İranla Amerika tərəfindən gələn birinci günədək məhbus mübadiləsinin reallaşacağını iddia edib.

Gunaz.tv

Adlarının açıqlanmasını istəməyən həmin məlumatlı vəzifəlilər mübadilənin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin sentyabrın 18-də həyata keçiriləcəyini bildiriblər. 

Qeyd edək ki, sentyabrın 19-da dünya liderləri Nyu-Yorkda keçiriləcək BMT-nin Ümumi Yığıncağının iclasında iştirak edəcəklər. 

Güman olunan məhbus mübadiləsi isə 1 gün öncəyə təsadüf edir. Bu isə İranın BMT-də qınaq mövzusu olması ehtimalını azaldır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar