SON XƏBƏRLƏR

Daha 15 tələbə cəzalandırıldı

2023.09.14, 16:00
Daha 15 tələbə cəzalandırıldı

İranın Cənubi Xorasan əyalətinin Bircənd şəhərinin Universitetinin 15 tələbəsinin təhsilinə məhdudiyyət qoyulub.

Gunaz.tv

Onların hər birinin təhsili Universitetin nizam-intizam komitəsi tərəfindən bir semestr müddətinə dayandırılıb.

Onlar etiraz aksiyalarında ictimai fəallıq göstərdiklərinə və repressiyalara etiraz etdiklərinə görə cəzalandırılıblar.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub.

Onların bir çoxuna  "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar